azerbaycan metbexi, yemek, resepti, şorbalar, salatlar, kokteyl, qelyanatilar, foto reseptler, salat resepti, murebbeler, turşular, sorabalar, desertler, leziz yemekler, xemir xorekleri, quru yemekler, plovlar, pecenyeler, murebbeler, şirniyyatlar
CqQRcNeHAv

Xingel (Gurcu xingeli)

Içlik:

xingel

leziz.ru

Mal eti — 500 qr
soğan — 2-3 ed
sarımsaq — 4-6 diş
petruşka, keşmiş, şüyüd — heresinden yarım deste.
istiot
duz

Xemir:
un — 4 stakan
duz — 1 ç.q.

Mal eti, soğan, sarımsaq et maşınından keçirilir. Göyerti çox xırda doğranır. Farş, soğan, sarımsaq, göyerti qarışdırılır, duz, istiot vurulur. İndi esas meqam. Farşa su elave olunur. Bu onun üçün lazımdır ki, xingel qaynayanda, onun içinde bulyon emele gelsin. Bize 500 qr et üçün 1,5-2 stakan su lazım olacaq. Suyu kiçik porsiyalarla elave edirik ve daima qarışdırırıq. İçlik suyu çox yaxşı yığır özüne.

Xingelin xemiri çox sadedir. Un, duz, su. Herden yumurta da vururlar. Xemir yumşaq ve elastik olmalıdır, ellere yapışmamalıdır.

Un derin qaba elenir, duz elave olunur. Qarışdırılır.

Unun üzerine kiçik porsiyalarla buzlu su elave olunur, xemir qarışdırılır. Xemir yumşalandan sonra stolun üstünde, unun içinde xemiri qarışdırmağa davam edin.

içlik xingel

leziz.ru

Sonra xemiri texminen qoz boyda hisseciklere kesmek lazımdır. Bunu el ilede etmek olar ve yaxud xemiri uzun “kolbasa” formasında yayırsınız ve sonra eni 2,5-3sm olan hisseciklere kesirsiniz. Her kündeden diametru 10-12 sm( Compact disk gormusunuz yeqin ki) olan kokeler yayırsınız. Xemirin qalınlığı 1,5-2 mm olmalıdır.
Qalın – xemir çoxdu ve xingel berk alınır.
Nazik — qaynadılanda perdesi zedelene biler ve bulyon axıb çıxır.

Ona görede qızıl ortanı tapın!

Xemirden yayılmış yumru kokelerin ortasına içlik qoyulur. Ne qeder qoymaq lazımdır özünüz bilersiniz, amma bir xörek qaşığı bes eliyir. Sonra xingel bukulur. Çalışın en azı 10 büküm olsun. Deyilene göre esl ustalıq xingele en azı 20 büküm vurmaqdır.

Sonra xingelin yuxarısından yapışıb qaldırırsınız ki xingel bir qeder aşağı sallansın, bulyon üçün hecm yaransın.

Böyük qazana çoxlu su tökülür. Suyu bir qeder duzlamaq lazımdır. Su qaynar hala getirilir ve xingel suya atılır, burda fikir vermek lazımdır ki. Xingel qazanın dibine çokmesin. Adeten birinci meqamda bele olur, sonra onu qaşıqla ehtiyatla qaldırandan sonra o suyun üzerinde qalır ve qazanın dibine yapışmır. Xingel yüngül qaynayan suda qaynadılır. Qaynadılma müddeti 10-15 deqiqe.

xingel bukulmeyi

leziz.ru

Xingel hazırdır. Yadınızdan çıxartmayın ki, xingel el ile yeyilir!

Вы можете оставить комментарий, или ссылку на Ваш сайт.

Şərh yaz

Kataloq