azerbaycan metbexi, yemek, resepti, şorbalar, salatlar, kokteyl, qelyanatilar, foto reseptler, salat resepti, murebbeler, turşular, sorabalar, desertler, leziz yemekler, xemir xorekleri, quru yemekler, plovlar, pecenyeler, murebbeler, şirniyyatlar
CqQRcNeHAv

Sirkeye qoyulmuş badımcan

leziz.ru

 

Xırda faraş badımcan götürülür, saplağı kesilir, yuyulur, sonra duzlanıb acı suyu çıxarılır. 10% -li duzlu suda 2-3 deqiqe pörtledilir, süzülür. Süzüldükden sonra badımcanlar süzgece yığılır, üstüne taxta, onun da üstünden ağır yük (2-3 kq) qoyulur ki, suyu tamam çıxsın (15-20 saat). Sıxılmış badımcanların içine azca duz vururlar, evvelceden hazırlanmış iç qoyulub ya şüşe, ya da şireli saxsı qablara yığılır ve üstüne sirke tökülür. 3-4 günden sonra badımcan hazır olur. Sirkeye qoyulmuş badımcanları soyuq yerde saxlamaq lazımdır.

Badımcan üçün iç bele hazırlanır: sarımsağın qabığı soyulur, dilimlenib duzlanir (1 kiloqram badımcana, 50 qram duz götürülür) hevengde döyülür ve ya xırda-xırda doğranır, buna xırda-xırda doğranmış şirin ve acı göy istio, ceferi, nane qatilib qarışdırılır ve zövqe göre duzlanır.

Qeyd: 1 litr sirkeye yarım litr su qarışdırılır 4 x.q duz elave edilir. Bu iki balona (3 litrlik) bes eliyir.

Вы можете оставить комментарий, или ссылку на Ваш сайт.

Şərh yaz

Kataloq