Axşamdan mayası hazırlanır(malata), yani seher onu xəmirə tökmək üçün:
1 x.q. maya (droj)
1 x.q. şəkər
0,5 st. ilıq su
2 x.q. un
Xəmir hazırlanması (Maraqlananlar üçün peraşki ve pizza xəmirinin resepti):
0,5 kq şəkər
1 əd. Yumurta
1 st. bitki yağı
1 litr süd
Vanilin (2 kiçik paçka)
Aparana qədər un.
Hazırlanması:
Xəmir üçün nəzərdə tutulmuş ərzaqlardan və axşamdan hazırlanmış mayadan yumşaq xəmir yoğurulur. Qoyuruq 2-2,5 saat isti yerde qalsın.
1-ci variant: Xəmir təxminən 1 sm qalınlığında yayılır, üstü yağlanır və darçın səpilərək rulet formasında burulur. Sonra 4 sm qalınlığında hissələrə bölünür, üstü əllə azacıq yastılanara listə düzülür. 15-20 dəq. qaldıqdan sonra Sobada 180C dərəcədə 15-20 dəq ərzində bişirilir. Sobaya qoymamışda əvvəl, 1 yumurtanın üzərinə 1 ç.q. un əlavə edib möhkəm çalınır və kistlə bulkaların üstünə çəkilir.
2-ci variant: Xəmir təxminən yumurta boyda kündələrə bölünür. Kündənin ortasına cem qoyub(kündələri yaymadan, ovucun içində azacıq açılır), bükürük. Eyni qaydada bişirilir.

Декабрь 12th, 2012
admin 




Опубликовано в рубрике
Метки: 

