azerbaycan metbexi, yemek, resepti, şorbalar, salatlar, kokteyl, qelyanatilar, foto reseptler, salat resepti, murebbeler, turşular, sorabalar, desertler, leziz yemekler, xemir xorekleri, quru yemekler, plovlar, pecenyeler, murebbeler, şirniyyatlar
CqQRcNeHAv

Acarsayağı Xaçapuri resepti

acar xACApuri resepti

Acar mətbəxindən çox ləziz xaçapuri resepti!

Ərzaq:
-şəkər – 1 ç. q.
-duz – 1 ç. q.
-un – 1 kq
-bitki yağı – 1 x. q.
-süd – 1 stakan
-qabartma tozu – 1 x.q.
İçlik üçün:
-Təzə pendir (Acar pendiri, Suluquni və s. Bir sözlə ağ pendir) – 1 kq
-yumurta – 8-10 əd.
-kərə yağı – 100 q

Hazırlanması:
Un ələnir, kasaya südlə qarışdırılmış 0,5 l ilıq su tökülür, qabartma tozu, şəkər, duz və bitki yağı əlavə olunur. Xəmir yoğurulur, xəmir bərk olmamalıdır. Xəmirin üstü örtülür və 1,5 – 2 saatlıq isti yerə qoyulur. Sonra yene yoğrulur ve 1 – 1,5 saatlıq qoyulur qalsın.

İçlik üçün pendir sürtgəcdən keçirilir, övkələnir, 0,5 stakan qaynadılmış soyuq su əlavə olunur və qatılaşana kimi yaxşıca qarışdırılır.

Xəmir, təxminən 200 qramlıq kündələrə ayrılır. Sonra hər kündə çox da böyük olmayan dairə şəkilində yayılır. Pendir səpilir, qıraqları 2-3 sm açıq qalır

xacapuri nece hazirlanir

leziz.ru

Dairənin qıraqları mərkəzə doğru bükülür, ucları birləşdirilir  – yani qayığı xatırladan derinlik alınır: şəkilə diqqət.

acar xaçapurisiy

leziz.ru

15 dəqiqəlik qaynar sobaya ( 250C  temperaturda) qoyuruq.

Xaçapurilərin qıraqları qızaran kimi, sobadan götürülür və hərəsinin üstünə 1 yumurta vurulur. Sonra yenə 1-2 dəq. ərzində sobada bişirilir.

Вы можете оставить комментарий, или ссылку на Ваш сайт.
Входная металлическая дверь Профессор по цене производителя.

Şərh yaz

rss facebook twitter
Kataloq